Deputat parlamentdə qızının ölüm xəbərini eşitdi - VİDEO

Deputat parlamentdə qızının ölüm xəbərini eşitdi -  VİDEO
  09 Noyabr 2018    Oxunub:4584
Meksikalı xanım deputat, 55 yaşlı Karmen Medel Palma parlamentin iclasında qızının ölüm xəbərini eşidib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, deputata qızının idman zalında qətlə yetirilməsi barədə məlumat verilib.



Bunu eşidən parlamentari göz yaşlarına hakim ola bilməyib. Deputat həmkarları ona təsəlli verməyə çalışıblar.

Məlumata görə, tələbə olan Kruz cinayətkar qruplaşma tərəfindən səhvən öldürülüb. Onun başqa bir şəxsə bənəzədiyinə görə qətlə yetirildiyi məlum olub.



Azvision.az



Teqlər: Deputat   Parlament   Qətl  





Xəbər lenti