Leyla Əliyeva məşhur mistikin kitab təqdimatında - FOTOLAR
Sadhquru daha sonra auditoriyanın suallarını cavablandırıb.
Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə də “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub.
Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub.
Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.
Azvision.az
Teqlər: Leyla-Əliyeva