Saxta pulla alış-veriş edənlər saxlanıldı

Saxta pulla alış-veriş edənlər saxlanıldı
  10 Noyabr 2018    Oxunub:1242
Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.
DİN Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əsginas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əsginasları polisə təqdim edib. Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti