Avtobuslara qarşı reyd: 15 sürücü cərimələnib
Eyni zamanda, sərnişindaşıma ilə məşğul olduğu halda gündəlik tələb olunduğu halda tibbi müayinədən keçməyənsürücülərə də rast gəlinib. Sadalanan faktlarla bağlı 15 sürücü haqqında qanunamüvafiq tədbirlər görülüb.
Reyd zamanı bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.
Sərnişindaşıma fəaliyyətilə məşğul olan, busahədə qayda pozuntularına yol verənşəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.
Azvision.az