“Bütün xəstəxanalar publik hüquqi şəxs olacaq” - Nazir müavini

“Bütün xəstəxanalar publik hüquqi şəxs olacaq” -  Nazir müavini
  10 Noyabr 2018    Oxunub:2446
"Qanunvericiliyə uyğun olaraq bütün xəstəxanalar publik hüquqi şəxs olacaq".
Bu barədə Azvision.az-a açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

"Qanunvericiliyə əsasən bütün tibb və təhsil müəssisələri publik hüquqi şəxsə çevrilməlidir. Lakin bu, mərhələ ilə həyata keçiriləcək. Gələn il də xəstəxanaların böyük əksəriyyəti publik hüquqi şəxsə çevriləcək. Artıq proses başlayıb", - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Xəstəxana  





Xəbər lenti