Ərdoğandan Trampa sərt mesaj: “Nə işlər çevirdiklərini bilirik”

 Ərdoğandan Trampa sərt mesaj:  “Nə işlər çevirdiklərini bilirik”
  10 Noyabr 2018    Oxunub:3457
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşü öncəsi həmkarına sərt mesajlar yollayıb.
AzVision.az xəbər verir ki, Ərdoğan ABŞ-ın PKK ilə işbirliyində olmaqda ittiham edib.

“Qəndildəki PKK-nı terror təşkilatı elan edib mükafat vəd edənlərin, arxada həmin terrorçularla nə işlər çevirdiklərini çox yaxşı bilirik”, - Ərdoğan vurğulayıb.

Fərətın şərqindəki suriyalıların taleyi ilə bağlı danışan Türkiyə prezidenti deyib: “Fəratın şərqindəki suriyalı qardaşlarımızın terror təşkilatlarının əlindən inildədiyinin fərqindəyik. Çox yaxın zamanda bu bölgədəki məzlumları da təhlükəsizliyə və sabitliyə qovuşduracağıq. Bizə qurulan tələləri ən qısa zamanda sahibləri və əlaltılarının başına keçirib, yolumuza davam edəcəyik”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Ərdoğan   Tramp   PKK  





Xəbər lenti