Norveçin Bakıdakı səfirliyinin bağlanmasına rəsmi münasibət

Norveçin Bakıdakı səfirliyinin bağlanmasına  rəsmi münasibət
  10 Noyabr 2018    Oxunub:2221
"Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu, Norveç hökumətinin qərarıdır"

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva deyib.
XİN rəsmisi bildirib ki, Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir: "Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biri və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəllifi, Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Hazırda bizdə olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil".

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti