Prezident Cəlilabad-Yardımlı yolunun bərpasına pul ayırdı
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Cəlilabad–Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Sərəncam Yol