İlham Əliyev gələn həftə Belarusa gedəcək

 İlham Əliyev gələn həftə Belarusa gedəcək
  12 Noyabr 2018    Oxunub:1528
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir həftədən sonra Belarusa səfər edəcək.
Azvision.az "BelTA"ya istinadən xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə söyləyib. Lukaşenko qeyd edib ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi üç dəfə artıb.

Onun sözlərinə görə, bu, çox yaxşı bir artımdır. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün potensial daha böyükdür. Belarus Prezidenti, həmçinin humanitar sahədə Belarus-Azərbaycan əməkdaşlığına, xüsusən də təhsil əlaqələrinə diqqət yetirib. Bildirib ki, Belarusda 500-ə yaxın azərbaycanlı təhsil alır:

“Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və onlara əməl edəcəyimizə söz vermişik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Azərbaycan   Belarus  





Xəbər lenti