“36 milyon manat ayrılıb, amma pul çatmır” - Direktor müavini

“36 milyon manat ayrılıb, amma pul çatmır” -  Direktor müavini
  12 Noyabr 2018    Oxunub:1947
"Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb. Amma dərmanlar xarici valyuta ilə alındığı üçün vəsait çatmır. Problemin həlli ilə bağlı səhiyyə naziri tərəfindən komissiya yaradılıb, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə müraciət olunub"
Azvision.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib. O bildirib ki, gələn ilin dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin artırılacağı gözlənilir.

Diabetli xəstələrin dərman preparatı ilə təminatında yaranan problemə toxunan B.Salek qeyd edib ki, bölgələrdə bütün həkimlərə və idarə rəhbərlərinə 2000 nəfərin hamısına 3 gün ərzində dərmanın paylanılmamaması barədə məlumat verilib.

"Bir ay ərzində xəstələr elə bölüşdürülsün ki, onlar ayın müəyyən günlərində dərmanlarını alsınlar. 2000 nəfərin 3 gündə kiçik bir aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotajın olmasına səbəb olur. 2 gün ərzində xəstələr müraciət edəndə endokrinoloqun işi yalnız təmənnasız resept yazmaq olur. Xəstənin müayinəsinə isə vaxt qalmlr. Problemin çıxış yolunu bunda görürük ki, bu ildən etibarən rezidenturada təhsil alan endokrinoloqların sayı artırılsın. Respublika üzrə 359 endokrinoloq var və onlar bu işi çatdıra bilməyəcəklər. Gələn ildən etibarən tibb bacıları üçün treninqlər keçiriləcək və bu işə terapevtlər də cəlb ediləcək. Terapevtlər treninqdən sonra ikinci tip diabetin başlanğıcında müalicəni apara biləcəklər. Rezidenturanı bitirən endokrinokoqların bölgələrə getməsi məcburi olmayacaq, lakin şərait yaradılacaq ki, gənc kadrlar bölgələrə gedə bilsin. Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi 2 endokrinoloq baxır. Bu məsələnin həlli istiqamətində yaxın günlərdə tədbir görəcəyik",- deyə B.Saleh qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Diabet   Xəstəlik  





Xəbər lenti