Vətəndaşlara 8000-ə yaxın ağac tingləri paylanılıb

Vətəndaşlara 8000-ə yaxın ağac tingləri paylanılıb
  12 Noyabr 2018    Oxunub:1249
“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb.

Noyabrın 17-də kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti