İnam Kərimov qəbul keçirəcək

İnam Kərimov qəbul keçirəcək
  12 Noyabr 2018    Oxunub:1386
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Azvision.az


Teqlər: KTN  





Xəbər lenti