“Qartal” bayrağımız üçün dağlara qalxıb – FOTOLAR

  12 Noyabr 2018    Oxunub : 1992
“Qartal” bayrağımız üçün dağlara qalxıb – FOTOLAR
“Qartal” Dağçılıq İdman klubu Azərbaycanda ilk dəfə 100 km.-lik yürüş həyata keçirib.
Bayrağımızın 100 illiyinə həsr edilən yürüş Cəngi-Sənqaçal-Bakı marşurutu ilə baş tutub.

Başqa ölkələrdəki eyni tipli yürüşlərdən fərqli olaraq, bu daha çətin sınaq olub. Çünki ilk 50 km.-lik məsafədə heç bir yaşayış məntəqəsinin olmaması, yolsuzluq, dərə-təpəli ərazi, qışlaqlardakı itlər, yemək və suyu daşıma məcburiyyəti yürüşü xeyli çətinləşdirib.

Bütün çətikliklərə baxmayaraq, 9 noyabr səhər saatlarında Cəngidən başlayan yürüş noyabrın 10-da səhər sona çatıb.
















Teqlər: