Məhkumların əl işləri - FOTOLAR
Qeyd olunub ki, məhkumların ictimai faydalı əməyə cəlb edilməsi azadlığa çıxdıqdan sonra onların cəmiyyətə daha tez adaptasiya olunmasına zəmin yaradır. Təsadüfi deyil ki, məhkumlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesi son vaxtlar daha da sürətlənib. Bu məqsədlə həmin müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına və bu işə sahibkarların cəlb edilməsinə dair zəruri tədbirlər həyata keçirilib.
Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində toxuculuq, tikiş və xalçaçılıq üzrə istehsalat sahələrini inkişaf etdirmək üçün yeni xana dəzgahlarının quraşdırılması və işləyən məhkumların sayının artırılması buna bariz nümunədir.
Təqdirəlayiq haldır ki, Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələri yüngül əməyə cəlb etmək məqsədilə Penitensiar Xidmətin təşəbbüsü və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə müəssisədə heykəltəraşlıq dərslərinin tədrisinə başlanılıb.
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş cəzaçəkmə müəssisələrində istehsal edilmiş məhsullardan ibarət sərgi istedadlı məhkumların ərsəyə gətirdikləri əl işlərinə olan marağın daha da artmasında, eyni zamanda, cəzaçəkmə müəssisələrdəki istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin yaradılması prosesinə yerli və xarici sahibkarları cəlb edilməsində mühüm rol oynayacaq. Penitensiar Xidmət tərəfindən bu istiqamətdə lazımı tədbirlərin gələcəkdə də davam etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Azvision.az
Teqlər: