Miqrasiya Xidmətində növbəti təlimlər keçirilib

Miqrasiya Xidmətində növbəti təlimlər keçirilib
  13 Noyabr 2018    Oxunub:1058
Dövlət Miqrasiya Xidmətinin Aparatında, o cümlədən Xidmətə daxil olan qurumlarında çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə “Mühasibat uçotunun aparılması və təminat işinin təşkili” mövzusunda təlimlər keçirilib.
Xidmətdən Azvision.az-a verilən xəbərə görə, kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlimlərdə maliyyə hesabatlarının hazırlanması, maliyyə vəsaitlərinin səmərəli istifadəsinin təşkili, invenrtarizasiya və onun aparılma qaydaları və etik davranış qaydalarına riayət olunması mövzuları əhatə edilib.

Təlim prosesinin sonunda dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.




Azvision.az


Teqlər: DMX   Təlim  





Xəbər lenti