Dövlət rəsmiləri gənclərin sərgisində - FOTO

Dövlət rəsmiləri gənclərin sərgisində -  FOTO
  13 Noyabr 2018    Oxunub:1603
Bakı Kristal Zalının Media Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatlarının V Respublika sərgisi keçirilib.
Azvision.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, baş nazirin müavini Əli Əhmədov və gənclər təşkilatının sədrləri sərgidə iştirak ediblər.



Gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sərgi təşkilatlara özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkan yaranacaq: “Sərgi ziyarətçiləri müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər”.



İ.Babayev qeyd edib ki, sərgidə 11 gənclər evi, 85 gənclər təşkilatı təmsil olunur.

Qeyd edək ki, sərgi çərçivəsində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər və maarifləndirici tədbirlər də baş tutub.











Aytən Zəhra
Foto: Şahin Sərdərov

Azvision.az


Teqlər: Sərgi  





Xəbər lenti