Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb
  13 Noyabr 2018    Oxunub:1150
Gəncədə silah-sursat aşkar edilib.
DİN-dən Azvision.az-a verilən məlumata görə, “102-Zəng Mərkəzi”nə müraciət edən Gəncə şəhər sakini S.Verdiyev yaşadığı Ə.Nəzmi küçəsindəki evin həyətində qazıntı işləri apararkən silah-sursat tapdığını bildirib.

Məlumatla əlaqədar dərhal Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Hadisə yerinə baxış zamanı 1 ədəd F-1, 1 ədəd RQ-42 və 1 ədəd DM-41 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd DM-41 markalı partladıcı, habelə 112 ədəd müxtəlif çaplı patron (paslanmış vəziyyətdə) tapılaraq ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Azvision.az



Teqlər: DİN   Gəncə  





Xəbər lenti