“Əmək haqlarının uçotu düzgün aparılmır” - Ziyad Səmədzadə

 “Əmək haqlarının uçotu düzgün aparılmır” -  Ziyad Səmədzadə
  13 Noyabr 2018    Oxunub:2042
“Bu gün Azərbaycanda əmək haqları digər ölkələrlə müqayisədə aşağıdır”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, ölkəmizdə əmək haqlarının uçotu düzgün aparılmır: “Məhz bu səbəbdən Azərbaycanda əmək haqları digər ölkələrlə müqayisədə aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliklər gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ziyad-Səmədzadə  





Xəbər lenti