Nazir narazı şəhid vərəsələrini qəbul edib

Nazir narazı şəhid vərəsələrini qəbul edib
  13 Noyabr 2018    Oxunub:1740
Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb. Şikayətçilər nazir Sahil Babayev tərəfindən qəbul olunub.
Bu barədə Azvision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, narazı vərəsələrə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olunub: "Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirilib".

Azvision.az



Teqlər: ƏƏSMN   Nazir   Sahil-Babayev  





Xəbər lenti