AQTA-da ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib

AQTA-da ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
  13 Noyabr 2018    Oxunub:1097
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib.
AQTA-dan Azvision.az-a verilən xəbərə görə, görüşdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının vacibliyi, eyni zamanda ticarət şəbəkələrində çalışan şəxslərin tələb olunan zaman ərzində tibbi müayinədən keçməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeydiyyatsız və eləcə də müvafiq sertifikatsız qida məhsullarının qanunsuz dövriyyəsinin yolverilməz olduğunu bildirən Agentliyin sədr müavini Balarəhim Quliyev sahibkarları prosesdə aktiv iştirak etməyə dəvət edib.

Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və ticarət şəbəkələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti