Ötən ay Texniki Şuralar 185 müraciətə baxıb
Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.
Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət göstərdiyi 6 ay ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərindəki Texniki Şuralara sahibkarlar tərəfindən 909 müraciət daxil olub. Ümumilikdə isə 2018-ci ilin 10 ayı üzrə Texniki Şuralar vasitəsilə 1782 müraciətə baxılıb. 2017-ci ilin may ayından fəaliyyətə başlayan Texniki Şuralarda bu günədək 2389 müraciət qeydə alınıb.
Azvision.az
Teqlər: Energetika-Nazirliyi