“Şəhid adından manipulyasiya etmək düzgün deyil” - Sahil Babayev

  “Şəhid adından manipulyasiya etmək düzgün deyil” -  Sahil Babayev
  13 Noyabr 2018    Oxunub:1883
“Birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup şəhid vərəsəsini qəbul etdim, onları şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır: “Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmir. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olamayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə də müraciət edə bilərlər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Sahil-Babayev   Nazir  





Xəbər lenti