“Medianın iqtisadi durumu problemsiz deyil” - Əflatun Amaşov

 “Medianın iqtisadi durumu problemsiz deyil” -  Əflatun Amaşov
  13 Noyabr 2018    Oxunub:1316
“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsullarının üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Ə.Amaşov təhsil sahəsinə ayrılan maliyyənin də artırılmasını təklif edib:

“Bu vəsait Azərbaycan dilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Əflatun-Amaşov  





Xəbər lenti