Yeni tikilən idman kompleksləri icarəyə verilsin! - Siyavuş Novruzov

 Yeni tikilən idman kompleksləri icarəyə verilsin! -  Siyavuş Novruzov
  13 Noyabr 2018    Oxunub:1517
“Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu addım həmin rayonlara sərmayələrə gətirə bilər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti