Komitə sədrindən rayonlarla bağlı yeni təklif

Komitə sədrindən rayonlarla bağlı yeni təklif
  13 Noyabr 2018    Oxunub:1002
Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsin təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bəzi strukturlar haqqında qəbul edilən qərarlara əsasən toplanan cərimələrin 50 faizi həmin təşkilatların hesabına keçir: “Hesab edirəm ki, əgər rayon öz büdcəsini yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın. O, da qalan büdcədən sosial xərclərə sərf etsin. Bu çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özünü təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Siyavuş-Novruzov  





Xəbər lenti