Kəmaləddin Heydərov yanğın yerinə getdi

 Kəmaləddin Heydərov yanğın yerinə getdi
  13 Noyabr 2018    Oxunub:3119
Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb.
Azvision.az- ın FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəliblər.​

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti