Məmmədyarov erməni nazirlə görüşə hazırdır - XİN açıqladı

Məmmədyarov erməni nazirlə görüşə hazırdır -  XİN açıqladı
  14 Noyabr 2018    Oxunub:1741
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət bildirib.
XİN-dən Azvision.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".

Azvision.az



Teqlər: ATƏT   XİN   Milan  





Xəbər lenti