Gündüz saatlarında hava yağmursuz olacaq

Gündüz saatlarında hava yağmursuz olacaq
  14 Noyabr 2018    Oxunub:1192
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.

Azvision.az


Teqlər: Hava   Külək  





Xəbər lenti