İŞİD-dən azad olunan suriyalılar Əsədi çiyinlərinə qaldırdılar – VİDEO

  14 Noyabr 2018    Oxunub : 2200
İŞİD-dən azad olunan suriyalılar Əsədi çiyinlərinə qaldırdılar – VİDEO
Suriyanın İŞİD-dən azad olunan Suveyda əyalətinin sakinləri prezident Bəşər Əsədin qəbulunə gələrək, ona təşəkkür ediblər. Əsirlikdən xilas olunan suriyalılar prezidenti çiyinlərinə qaldıraraq sevinclərini ifadə ediblər.
Azvision.az “Al-Watan”a istinadən xəbər verir ki, ötən gün Əsəd əsirlikdən azad edilən suriyalılar və onların ailələri ilə görüş keçirib. Suveyda əyalətinin 3 aydır ki terrorçular tərəfindən əsir götürülən sakinləri hökumət qüvvələri tərəfindən azad olunduqlarına görə minnətdarlıq jesti kimi prezident Bəşər Əsədi çiyinlərində göyə qaldıraraq, ona dəstək şüarları səsləndiriblər.

Kadrlardan da göründüyü kimi, Suriya sakinlərinin başı sevinc hissinə o qədər qarışıb ki, Əsədi çiyinlərinə qaldırarkən prezidentin başının tavandakı çilçırağa dəydiyinin fərqində olmayıblar.



Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İŞİD   Suriya