Bakıda binalara istilik verilməsinə başlanıldı

Bakıda binalara istilik verilməsinə başlanıldı
  14 Noyabr 2018    Oxunub:1441
Noyabrın 12-dən etibarən “Azəristilik” ASC tərəfindən qurumun tabeliyində olan bütün obyektlərə istiliyin verilməsinə başlanılıb.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Azvision.az-a bildirib ki, həmin vaxtdan etibarən ilkin sınaq işlərinə start verilib.

“Həmişə noyabrın 15-dən etibarən istiliyin verilməsinə başlanılırdı. Həm havaların soyuq keçməsi, həm də iri qazanxanalarda tam rejimə çıxmaq müəyyən zaman tələb etdiyindən bütün qazanxanaların qrafikə uyğun işə salınması ilə bağlı əvvəlcədən göstəriş verilib. Noyabrın 15-ə qədər bütün qazanxanalar işə düşməlidir. Artıq 80 faiz qazanxana işə düşüb və binalara istilik verilir. Günün sonuna qədər bütün qazanxanalar işə düşəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti