Büdcə təşkilatlarının 3,9 milyon manat kommunal borcu yaranıb

 Büdcə təşkilatlarının 3,9 milyon manat kommunal borcu yaranıb
  14 Noyabr 2018    Oxunub:1757
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3 faizini isə istilik enerjisi təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək, 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət edib.

Azvision.az


Teqlər: Qaz   İşıq  





Xəbər lenti