Vahid Əhmədov pensiya islahatlarını tənqid edib

Vahid Əhmədov pensiya islahatlarını tənqid edib
  14 Noyabr 2018    Oxunub:2008
“Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı 2 dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O, bildirib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı ilə əlaqədar məsələyə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq. Qadınlar üçün isə heç başadüşülən deyil”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti