İtaliya ilə hərbi əməkdaşlıq müzakirə edilib

İtaliya ilə hərbi əməkdaşlıq müzakirə edilib
  14 Noyabr 2018    Oxunub:1211
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, noyabrın 14-də hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev hərbi-mülki əməkdaşlıq sahəsində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.



Sonra mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Azvision.az


Teqlər: MN   İtaliya  





Xəbər lenti