Xocalının deputatı hökumət üzvlərini tənqid etdi

Xocalının deputatı hökumət üzvlərini tənqid etdi
  14 Noyabr 2018    Oxunub:1719
Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Xocalıdan seçilən deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib.

Azvision.az-ın məlumatına görə, E.Məmmədov qeyd edib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır.
“Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?”-deyə deputat irad tutub.

Spiker Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür, iclasda iştirak edirlər: “Bəzi sahələrin aidiyyatı şəxsləri gediblər. Amma müzakirəyə aidiyyatı olan şəxslərin hamısı iclasda iştirak edirlər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat   Büdcə  





Xəbər lenti