Prezident Anlaşma Memorandumunu təsdiqlədi

 Prezident Anlaşma Memorandumunu təsdiqlədi
  14 Noyabr 2018    Oxunub:1783
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çili Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Anlaşma Memorandumu 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanıb.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərsin.

Azvision.az


Teqlər: Azərbaycan   Çiili  





Xəbər lenti