Küveytdəki səfirliyimiz vətəndaşlara müraciət edib

 Küveytdəki səfirliyimiz vətəndaşlara müraciət edib
  15 Noyabr 2018    Oxunub:1117
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.
Azvision.az xəbər veirr ki, bu barədə məlumat diplomatik nümayəndəliyin "Facebook" səhifəsinə yerləşdirilib.

"Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir", - deyə müraciətdə bildirilib.

Azvision.az



Teqlər: Küveyt   Səfirlik  





Xəbər lenti