Ranko Poliçariç Vəkillər Kollegiyasında olub

  14 Noyabr 2018    Oxunub : 427
Ranko Poliçariç Vəkillər Kollegiyasında olub
Noyabrın 14-də Avropa Vəkillər Kollegiyaları Assosiasiyasının (CCBE) sədr müavini Ranko Poliçariç Vəkillər Kollegiyasında olub.
Vəkillər Kollegiyasından Azvision.az-a verilən məlumata görə, qurumun Rəyasət Heyətinin sədri Anar Bağırov qonağa son dövrlər ölkəmizdə vəkilliyin inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın CCBE-yə üzvlüyünün perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: