Bu gün Hövsanda su olmayacaq

  15 Noyabr 2018    Oxunub : 320
Bu gün Hövsanda su olmayacaq
Suraxanı rayonu Hövsan qəsəbəsini içməli su ilə təchiz edən magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar 15 noyabr 2018-ci il tarixində gün ərzində qəsəbəyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azvision.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Azərsu