Ölkəmizdə 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub

  15 Noyabr 2018    Oxunub : 708
Ölkəmizdə 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub
Şəkərli diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra ən geniş yayılmış üçüncü xəstəlikdir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, 2045-ci ildə şəkərli diabet xəstələrinin sayı 620-630 milyon nəfərə çatacağı gözlənilir.

Nazir müavini ötənilki statistikaya görə ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib: "Buna görə də 2006-cı ildən bəri diabet xəstələrinə göstərilən yardımı yaxşılaşdırmaq üçün üç dəfə Dövlət Proqramı qəbul olunub. Gələn ilin büdcəsində isə onların müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb".

Azvision.az

Teqlər: Diabet   Səhiyyə