“Yüzlərlə hüquqşünas vəkilliyə üz tutur” - Anar Bağırov

“Yüzlərlə hüquqşünas vəkilliyə üz tutur” -  Anar Bağırov
  15 Noyabr 2018    Oxunub:2040
"Son müddət ərzində vəkillərin sayı 1500 nəfərdən çox olub. Biz 535 nəfəri vəkilliyə qəbul etmişik. Bunların əksəriyəti 40 yaşına qədər olan şəxslərdir. Biz sevinirik ki cavanlar vəkilliyə üz tutur"
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, məhkəmələrdə, dövlət qurumlarında, polis və prokurorluqda işləyən yüzlərlə hüquqşünas vəkilliyə üz tutur.

"Bu, bizim uğurumuzdur. Təbii ki, vəkillərin sayı daha da artacaq. Deyirlər ki, qəbul asanlaşdırılıb. Biz namizədlərin savadını artırmaq üçün təlimlər və kurslar təşkil edəcəyik ki, onlar vəkilliyə daha yaxşı hazırlaşsınlar. Hazırda sənəd qəbulu üzrə onlayn sistem yaratmışıq ki, rayonlarda olan insanlar əziyyət çəkməsinlər. Biz, həmçinin işə qəbul üçün namizədlərin iş təcrübəsini azaltmışıq. Bu isə vəkilliyə qəbulda maneələri aradan qaldırır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Anar-Bağırov   Vəkil  





Xəbər lenti