Qüdrət Həsənquliyevdən təklif: “Deputatlar üçün evlər tikilsin!”

Qüdrət Həsənquliyevdən təklif:  “Deputatlar üçün evlər tikilsin!”
  15 Noyabr 2018    Oxunub:1973
Milli Məclis üzvü Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin maaşının artırılmasını və onlar üçün mənzil tikintisinin bərpa edilməsini təklif edib.
Azvision.az xəbər verir ki, o, bu təkliflə “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat çıxışında bildirib: “Bundan əlavə, mən deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edirəm. Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. Bu baxımdan, mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti