Milli Məclis hökumətə 8 gün vaxt verdi

 Milli Məclis hökumətə 8 gün vaxt verdi
  15 Noyabr 2018    Oxunub:1410
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb.
Azvision.az xəbər verir ki, layihə parlamentin plenar iclaslarında 3 gün - noyabrın 13-14-15-də müzakirə olunub. Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.

Müzakirələr zamanı "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb.

Milli Məclis sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, hökumətə təkliflərə cavab vermək üçün 8 gün - noyabrın 23-dək vaxt verilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Büdcə   Hökumət  





Xəbər lenti