Yevlaxda Data Mərkəzi tikilir

Yevlaxda Data Mərkəzi tikilir
  16 Noyabr 2018    Oxunub:3918
“AzInTelecom” MMC Data Mərkəzində qorunan məlumatları maksimum dərəcədə etibarlı saxlamaq üçün hazırda Yevlax şəhərində inşası 2019-cu ilin birinci rübündə bitməsi planlaşdırılan ehtiyat Data Mərkəzi tikilir.
Bu barədə Azvision.az-a açıqlamasında “AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev məlumat verib.

O, bildirib ki, Bakı şəhərində hər hansı fövqəladə hadisə baş verərsə, coğrafi rezervlənməsini təmin etmək üçün 300 km uzaqlıqda yerləşən Yevlax şəhərində Data Mərkəzinin ehtiyat nüsxəsinin yaradılması üzrə işlər aparılır.

"Ehtiyat Data Mərkəzinin inşası texniki imkanlarımızı bir qədər də genişləndirməklə, İP əsaslı Multimedia Subsisteminin (İMS) coğrafi rezervlənməsini mümkün edəcək. 2019-cu ilin məqsədlərindən biri isə Yevlax Data Mərkəzinin “TİER III” infrastruktur uyğunluğu sertifikatına da malik olmasıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Data-Mərkəz  





Xəbər lenti