Nazir Tovuzda vətəndaşlarla görüşəcək

Nazir Tovuzda vətəndaşlarla görüşəcək
  16 Noyabr 2018    Oxunub:1288
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 23-də Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüş saat 09:30-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz şəhəri, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-330-95-49, 050-349-02-83, 022-317-35-29) xahiş olunur.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti