İsrail Azərbaycana yeni səfir təyin etdi

  16 Noyabr 2018    Oxunub : 566
 İsrail Azərbaycana yeni səfir təyin etdi
İsrailin Azərbaycana yeni səfiri təyin olunub.

Azvision.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir vəzifəsinə Corc Dik təyin edilib. O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.
Qeyd edək ki, C.Dik bundan əvvəl İsrail XİN-in Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi olub.

Azvision.az

Teqlər: İsrail   Səfir