Köçkünlərin əmək kitabçası problemi həll olunacaq

Köçkünlərin əmək kitabçası problemi həll olunacaq
  16 Noyabr 2018    Oxunub:2323
“Qaçqın və məcburi köçkünlər əmək kitabçalarını itiriblər. Əmək kitabçası da qanunvericilikdə əsas sənəd kimi öz əksini tapıb. Ona görə bunun üçün onlar məhkəməyə müraciət edirlər. Onlar məhkəməyə müraciət edəndə birinci insatnsiya məhkəməsinin qərarı ilə məsələ yekunlaşmırdı. Lakin indi bu məsələ nazirin müvafiq əmri ilə tənzimlənir. Birinci insantasiya məhkəməsinin qərarı nəzərə alınır”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, 2006- ci ilin yanvarın 1-nə kimi sosial sığorta stajının qanunun 7-ci maddəsində qeyd edilən yaşa çatanlara münasibətdə əhalinin bütün təbəqələrini əhatə edir: “O cümlədən, qaçqınları və məcburi köçkünləri əhatə edir. Bu, çox önəmlidir. 13 il ərzində fərdi hesabında pensiya kapitalı olan və pensiya yaşına çatan şəxslərin hamısına 25 il sosial sığorta yalnız 2006- ci ilin yanvarın 1-nə qədər olan dövr üçün təqdim edilir. Bu tarixdən sonra fərdi uçot aparıldığı üçün kim fərdi uçot dövründə işləyibsə, pensiya kapitalı qazanılır. Təqdim olunan sosial sığorta stajına əlavə olunacaq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əmək-kitabçası   ƏƏSMN  





Xəbər lenti