“Sədərək” Ticarət Mərkəzində yanğın - (Yenilənib)
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil oub.
FHN-dən Azvision.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Azvision.az