Tütün məmulatları istehsalı fabriki istifadəyə verildi - FOTOLAR
Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb. Dövlətimizin başçısı müəssisəni işə saldı. Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdü.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini dedi, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxundu. “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, - deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirdi, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğuladı. Sonda xatirə şəkli çəkdirildi.
Azvision.az
Teqlər: