“Bako Saakyana cinayət işi açılmalıdır” - Sabiq XİN rəhbəri

“Bako Saakyana cinayət işi açılmalıdır” -  Sabiq XİN rəhbəri
  16 Noyabr 2018    Oxunub:2096
"Azərbaycanda işğal haqqında qanun qəbul olunmalıdır"

Bunu Azvision.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. İşğal edilmiş ərazilərimizdə yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfər etməsinə münasibət bildirən T.Zülfüqarov hesab edir ki, Azərbaycan bu cür insanlara qarşı hüquqi addımlar atmalıdır:
“Bako Saakyan o adamdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni silahlı birləşmələr yaradıb, etnik təmizləmələr prosesində iştirak edib. Azərbaycan qanunlarına zidd şəkildə qeyri-qanuni fəaliyyət aparır. Bunun əsasında biz cinayət işi qaldırmalıyıq. Bu cinayət işi əsasında onu axtarışa verməliyik. Axtarış həm İnterpol səviyyəsində, həm də post-Sovet məkanında getməlidir. Bizim daxili qanunvericilik buna aid qanuni mövqe seçməlidir”.

T.Zülfüqarov vurğulayıb ki, Saakyanın Fransa səfəri Ermənistanın özünü ifşasıdır: “Faktiki olaraq Ermənistan özünü ifşa edir. Biz siyasi baxımdan bu məsələdən ciddi şəkildə istifadə etməliyik".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Tofiq-Zülfüqarov  





Xəbər lenti