Müsəlmanlar Kaşoqi üçün cənazə namazı qıldı – VİDEO

  16 Noyabr 2018    Oxunub : 2619
Müsəlmanlar Kaşoqi üçün cənazə namazı qıldı – VİDEO
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşoqi üçün Türkiyədə qiyabi cənazə namazı qılınıb.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hazırda İstanbulun Fatih məscidində cümə namazından sonra qılınan cənazə namazında Kaşoqinin dünyanın müxtəlif ölkələrindən gələn həmkarları və dostları da iştirak ediblər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin sözçüsü Yasin Aktay "Tvitter"də bəyan edib ki, Fatih məscidi ilə yanaşı Ankaradakı Kocatepe məscidi və bir neçə digər əyalətlərdə cənazə namazı qılınacaq.

Həmçinin, Türk-Ərəb Media Dərnəyinin sədri Turan Qışlaqcı Türkiyədən başqa, Məkkə, London, Paris, Vaşinqton, İslamabad, Cakarta, Rabat, Tunis və Küveytdə də Kaşoqi üçün qiyabi cənazə namazları qılınacağını açıqlayıb.



Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Türkiyə   ABŞ